QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Binəqədi şosesi ilə Baksol–Biləcəri yolunun qovşağındakı işıqforlar axşam saatlarından işləməyib. Bu səbəbdən ərazidə avtomobillərin hərəkəti ciddi şəkildə çətinləşib, yolda sıxlıq yaranıb. Nəqliyyatın hərəkətini polis əməkdaşları tənzimləyib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, işıqforların dayanmasına həmin ərazidə elektrik enerjisinin müvəqqəti kəsilməsi səbəb olub.

Mərkəzin məlumatına görə, elektrik təchizatı artıq bərpa edilib və işıqforlar normal işləyir.