QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, dövlət büdcəsindən maliyyələşən bəzi publik hüquqi şəxslərin rəhbər və müavinlərinin aylıq vəzifə maaşları müəyyən edilib.

Müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb. Sənəd dövlət orqanlarının, eləcə də tabeliyində publik hüquqi şəxslər yaradılan və tabeliyi olmayan publik hüquqi şəxslərin nəzdində fəaliyyət göstərən, dövlət adından təsis edilən və büdcədən vəsait alan qurumlara aiddir.

Qərara görə, həmin publik hüquqi şəxslərin rəhbərləri ayda 3 600 manat, rəhbər müavinləri isə 3 115 manat vəzifə maaşı alacaqlar.