QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Cənubi Koreyada son on ildə ilk vəba yoluxması qeydə alınıb. Rəsmilər əhalini ehtiyatlı davranmağa çağırıblar.

Xəstəliklərə Nəzarət və Profilaktika Agentliyinin açıqlamasına əsasən, Çanvon şəhərində qusma və ishal səbəbindən xəstəxanaya üz tutan şəxsin vəba testi müsbət olub.

Qurum xəstənin müalicə aldıqdan sonra evə buraxıldığını bildirib. Bu, 2016-cı ildən bəri ölkədə təsdiqlənən ilk vəba yoluxmasıdır.

Səlahiyyətli orqanlar sakinlərə ehtiyatlı olmağı və yalnız təhlükəsiz, içməyə yararlı su mənbələrindən istifadə etməyi tövsiyə ediblər.