QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Qəzənfər İsmayıl oğlu Abdullayev tutduğu vəzifədən azad edilib. Bununla bağlı müvafiq qərar qəbul olunub.
Abdullayev 28 sentyabr 2023-cü ildə AHİK sədrinin müavini seçilmişdi.
Daha əvvəl onun mülkləri barədə mətbuatda məlumatlar yayılmışdı. Həmin məlumatlardan sonra Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının rəhbərliyindən kənarlaşdırılmış, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputat mandatını itirmişdi.