QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem Dublində iki ölkə arasında strateji tərəfdaşlıq bəyannaməsini imzalayıblar.

Sənəddə müdafiə, təhlükəsizlik, ticarət, investisiya, təhsil, elm və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Bəyannamədə avqustun 8-də Ağ evdə Azərbaycan və Ermənistan arasında paraflanan sülh müqaviləsinin əhəmiyyətinə də xüsusi yer ayrılıb. Böyük Britaniya regionda davamlı sülhün bərqərar olmasına xidmət edən səylərə dəstək verdiyini bir daha təsdiqləyib.

Tərəflər regional və beynəlxalq məsələlər üzrə koordinasiyanı gücləndirmək, təhlükəsizlik sahəsində birgə fəaliyyəti inkişaf etdirmək, həmçinin Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin inkişafına dəstək göstərmək barədə razılığa gəliblər.

Strateji tərəfdaşlıq çərçivəsində Azərbaycan və Böyük Britaniya arasında hər il ənənəvi görüşlərin keçirilməsi də nəzərdə tutulur.