QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Bakıda yerləşən Crescent Mall ticarət mərkəzinin ayrı-ayrı sahələrində qısa müddət ərzində xoşagəlməz qoxu yaranıb.

Ticarət mərkəzinin yaydığı məlumata görə, qoxuya səbəb olan texniki nasazlıq artıq tam aradan qaldırılıb. Hazırda havalandırma sistemi ən yüksək rejimdə işləyir, daxili mühitin normallaşdırılması üçün tədbirlər görülür.

Crescent Mall rəhbərliyi yaranmış narahatlığa görə ziyarətçilərdən üzr istəyib və göstərdikləri anlayışa, səbrə görə təşəkkürünü bildirib.