QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, noyabrın 6-dan Azərbaycanda qazla çalışan məişət cihazları üçün yeni təhlükəsizlik tələbləri qüvvəyə minəcək.
Qaydalar kombi, qaz plitəsi, su qızdırıcısı, qazla işləyən qızdırıcı və digər bu tip avadanlıqlara şamil olunur. Cihazlarda qaz sızması və partlayış təhlükəsi olmamalı, birləşmələr etibarlı şəkildə bərkidilməlidir. Otaqda yanmamış qazın yığılmasının qarşısı alınmalı, alov sabit qalmalı, işləmə zamanı isə zərərli qazların miqdarı normanı aşmamalıdır.
Tüstü bacasına birləşdirilən avadanlıqlarda tüstü və yanma məhsullarının otağa keçməsinə imkan verilməməlidir. Bacada nasazlıq yarandıqda cihazın qaz təchizatı avtomatik kəsilməlidir.
Yeni qaydalar noyabrın 6-dan tətbiq olunacaq.