QafqazNews Manset.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp APEC sammitində iştirak etmək üçün Çinə gedib.
Tramp Şençjendə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə keçirilməsi planlaşdırılan üçtərəfli görüşdən əvvəl Çinə çatıb.
Si Cinpin sammitdə iştirak məqsədilə ölkəyə gələn ABŞ prezidentini hava limanında özü qarşılayıb. Tramp “Air Force One” təyyarəsindən düşdükdən sonra Çin lideri ilə əl sıxıb və onu qarşılamağa gələn izdihamı salamlayıb.
Tramp daha əvvəl sabah baş tutacaq üçtərəfli danışıqlarda İran və Ukraynadakı müharibələrin, həmçinin nüvə silahlarından imtina mövzusunun müzakirə ediləcəyini açıqlamışdı.