QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Gəncənin Fətullah Həsənov küçəsində “Nissan” və VAZ-2107 markalı avtomobillər toqquşub.
Qəza nəticəsində Turqut Bayramov, Nail Mustafayev və Fuad Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.