QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk noyabrın 19-da satışa çıxarılan “Grand Theft Auto VI” (GTA VI) barədə danışıb.
O, cümə axşamı keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən oyunun buraxılışını mühüm mədəni hadisə kimi qiymətləndirib.
“Bunun çox əhəmiyyətli mədəni hadisə olduğunu bilirəm. İnsanların bu səbəbdən məzuniyyət götürdüyünü də eşitmişəm. Belə oyunlara marağım yoxdur. Oğlum və onun yaşıdları isə həvəskardır. Bu, mənim maraq dairəmə aid deyil. İnsanların sevdikləri oyunları oynamasına anlayışla yanaşıram”, – Tusk bildirib.
13 illik gözləntidən sonra noyabrın 19-da satışa çıxarılan GTA VI geniş maraqla qarşılanıb. “Sensor Tower” analitik şirkətinin ilkin hesablamalarına əsasən, oyunun satış həcmi 17 milyon nüsxəni, gəliri isə 1,65 milyard dolları keçib.