QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Hörmüz boğazında neft tankeri dəniz minasına çırpılıb. Partlayışdan sonra gəmidə yanğın başlayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hadisə barədə məlumat yayıb. Bildirilib ki, təxminən bir saat əvvəl boğazın şərqindəki qadağan olunmuş zonada qaydaları pozan tanker minaya toxunduqdan sonra yanıb və hərəkəti dayandırılıb.

SEPAH gəminin naviqasiya sistemlərinin söndürüldüyünü iddia edib. Qurumun açıqlamasında vurğulanıb ki, strateji keçiddən istifadə etmək istəyən gəmilər İran Silahlı Qüvvələri ilə əvvəlcədən koordinasiya qurmalı, icazə verilən dəniz marşrutlarından yararlanmalı, həmçinin tanınma, izləmə və yönləndirmə sistemlərini yol boyu aktiv saxlamalıdır.

SEPAH bu qaydalara əməl olunmasını təhlükəsizliyin qorunması və gəmilərin su yolundan keçməsi üçün əsas şərt adlandırıb.