QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “ƏDV geri al” mexanizminin əhatə dairəsinin bütün konsert növlərinə genişləndirilməsi təklif edilir. Bu məsələ Vergi Məcəlləsinə dəyişiklik layihəsində yer alıb.

Layihədə mexanizmin yalnız simfonik orkestr konsertlərinə tətbiq olunması ilə bağlı məhdudiyyətin aradan qaldırılması nəzərdə tutulur. Qeyd edilib ki, indiki məhdudiyyət digər musiqi və konsert növlərinin təşviqini zəiflədir, sənət sahəsində bərabərsizliyə səbəb olur.

Təklifə əsasən, güzəştin bütün konsertlərə şamil edilməsi mədəniyyət tədbirlərinin inkişafına təkan verə, daha geniş auditoriyanın mədəniyyətə çıxışını artıra və vergi güzəştlərinin vahid, ədalətli tətbiqinə şərait yarada bilər. Bu yanaşmanın mədəniyyət sahəsində təşviqi gücləndirəcəyi və şəffaflığı təmin edəcəyi bildirilib.