QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüş keçirib.

Tərəflər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq üzərində qurulan əlaqələrin müsbət istiqamətdə inkişaf etdiyini qeyd ediblər.

Görüşdə oktyabrın 30-da baş tutmuş Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclasında əldə olunan razılaşmaların yerinə yetirilməsi və ikitərəfli gündəmdəki aktual məsələlər nəzərdən keçirilib.

Həmçinin ticarət-iqtisadi əlaqələr, investisiyalar, nəqliyyat və tranzit, enerji, eləcə də digər sahələr üzrə əməkdaşlıq müzakirə olunub.