QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Almaniyanın xarici işlər naziri Yohann Vadefulün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tərəflər Ermənistanla Almaniya arasında əlaqələrin inkişafını, yaşıl energetika sahəsində əməkdaşlığın genişləndirilməsini və Ermənistanın Avropa İttifaqı ilə ticarət-iqtisadi münasibətlərini müzakirə ediblər.
Almaniyanın xarici işlər naziri Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasının əhəmiyyətini vurğulayıb. O, yaranan konstruktiv mühitin regiondakı əlaqələri möhkəmləndirəcəyinə və əməkdaşlığın irəliləməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Paşinyan isə Berlindən Ermənistandakı demokratik islahatlara və ölkənin Avropa İttifaqı ilə əlaqələrinin inkişafına verilən dəstəyi qeyd edib. Görüşdə tərəflər aktual regional məsələlər barədə də fikir mübadiləsi aparıblar.