QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, aparıcı Zaur Baxşəliyev həmkarı Elgiz Əkbərin televiziya proqramları ilə bağlı səsləndirdiyi fikirləri dəstəkləyib.
Baxşəliyev sosial şəbəkədəki canlı yayımında kanallarda yenilik olmadığını deyib. “Tənqid edilən mövzular yenə efirə çıxır. Elgiz haqlıdır. Kanallarda nə dəyişib? Maliyyə alırlar, amma ortaya yeni bir şey qoymurlar”, – deyə o bildirib.
Aparıcının sözlərinə görə, Biləcəridən o tərəfdə proqramlarına baxan yoxdur. “Tutaq ki, bizim verilişləri bağladınız. Bəs tamaşaçılar indi kimə baxır? Hansı proqram populyarlıq qazanıb və dünyaya çıxır? Elə buna görə indi hamı sosial şəbəkələrdədir. Ümid edirəm, məsələ tezliklə həllini tapar”, – Baxşəliyev qeyd edib.