QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, aparıcı və şoumen Sərxan Kərəmoğlu sosial şəbəkələrdə ona ünvanlanan ölüm arzularına etirazını bildirib.
O, “Sevilən səhər” verilişində bəzi istifadəçilərin şərhlərdə tezliklə ölməsini arzuladıqlarını söyləyib. Aktyor belə münasibəti xurafat və cəhalətlə əlaqələndirib.
“Şərhlərdə yazırlar ki, Allah sənə ölümün tezini nəsib eləsin, tez gedəsən. Deyirlər ki, düşər-düşməzlik gətirir, qəbir yeri götürməyin. Mən sizə nə etmişəm ki, belə yazırsınız? Bildiyim adamlar da saxta hesablardan yazanlardır”, – deyə Kərəmoğlu bildirib.