QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının kapitanı və yarımmüdafiəçisi Emin Mahmudov milli komandadakı çıxışını dayandırmaq qərarı verib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) açıqlamasına görə, qərar təcrübəli futbolçunun federasiya rəhbərliyi ilə apardığı müzakirələrdən sonra qəbul edilib. Noyabr toplanışı çərçivəsində Andorra ilə keçiriləcək yoldaşlıq qarşılaşması Mahmudovun yığmadakı son oyunu olacaq.

Mahmudov 2016-cı ildən Azərbaycan millisində çıxış edir. Bu müddətdə keçirdiyi görüşlərdə 16 qol vuran futbolçu Qurban Qurbanovun rekordunu geridə qoyub və milli komandanın tarixində ən çox qol vuran oyunçu olub.

Azərbaycan yığması növbəti toplanışda noyabrın 13-də UEFA Millətlər Liqasında Lixtenşteynlə, noyabrın 16-da isə Andorra ilə yoldaşlıq matçında qarşılaşacaq.