QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Ermənistan rəhbərliyi noyabrın 22-də TRIPP layihəsinin həyata keçirilməsinə başlanması barədə açıqlama verəcək. Layihə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu kimi təqdim olunur və Zəngəzur dəhlizi adlandırılır.

Baş nazir Nikol Paşinyan bu barədə İrəvanda təşkil olunan “Digitec” yüksək texnologiyalar forumundakı müzakirələrdə danışıb. Görüşdə “Nvidia” şirkətinin vitse-prezidenti Rev Lebaredyan da iştirak edib. Paşinyan layihənin rəsmi işə düşməsi ilə bağlı bəyanatın sabah veriləcəyini söyləyib.

Hökumət rəhbərinin sözlərinə görə, təşəbbüsün vacib hissəsi elektrik enerjisinin tranzitidir. Ermənistan enerji sistemlərini Azərbaycan və Türkiyənin şəbəkələrinə qoşmağı planlaşdırır.

Daha əvvəl ABŞ-nin AECOM şirkəti TRIPP layihəsi üzrə ilkin texniki-iqtisadi əsaslandırmanın nəticələrini Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryana və dövlət qurumlarının təmsilçilərinə təqdim edib.