QafqazNews Regnum-a istinadən xəbər verir ki, Ermənistan yeni biometrik pasportlarda Qarabağdan köçmüş şəxslərin doğum yerini Azərbaycan kimi göstərməyə başlayıb.

Daxili işlər nazirliyinin 19 noyabr tarixli məlumatına görə, dəyişiklik Arsaç (Qarabağ) doğumlu və Ermənistan vətəndaşlığı almış şəxslərə şamil edilir. Nazirlik bildirir ki, yeni sənəd qaydaları coğrafi ərazilərin müəyyənləşdirilməsi qaydalarını tənzimləyən ICAO və ISO 3166 beynəlxalq standartlarına əməl etmək zərurəti ilə bağlıdır.

Mənbə əlavə edib ki, əvvəlki nümunəli erməni pasportlarında doğum yerinin göstərilməsi ilə bağlı sərhəd xidmətləri tərəfindən bir sıra ölkələrdə təkrar problemlər qeydə alınıb. Yeni tətbiq olunan qayda sərhədlərin keçidində bu çətinliklərin aradan qaldırılmasına yönəlib.