QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Ermənistan 2027-ci ildə müdafiə xərclərini 53 milyard dram, yəni 147,22 milyon dollar artırmağı nəzərdə tutur.
Maliyyə naziri Vahe Ovannisyan parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib ki, Müdafiə Nazirliyinə gələn il 616 milyard dram (1,71 milyard dollar) ayrılması planlaşdırılır. Bu məbləğ 2026-cı ilin göstəricisindən 53 milyard dram çoxdur.
Nazirin sözlərinə görə, vəsait müdafiə imkanlarının və infrastrukturun yaxşılaşdırılmasına, eləcə də silahlı qüvvələrə dəstək verilməsinə yönəldiləcək.
2026-cı ildə Ermənistanın müdafiə xərcləri təxminən 16 faiz azaldılaraq 563 milyard drama (təxminən 1,46 milyard dollar) endirilmişdi.