QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Moskvada İkinci Qərb Dairə Hərbi Məhkəməsi “Nə? Harada? Nə zaman?” intellektual televiziya oyununun keçmiş iştirakçısı Rövşan Əsgərovun cinayət işini qiyabi qaydada araşdıracaq.
Əsgərov “nasizmin reabilitasiyasında, Rusiya ordusu haqqında saxta məlumatların yayılmasında, nifrətə təhrikdə və terror xarakterli digər cinayətlərdə” ittiham edilir.
Məhkəmənin mətbuat xidmətinin bildirdiyinə görə, işin materialları məhkəməyə təqdim olunub. Bununla belə, iclasın keçirilmə vaxtı hələ təyin edilməyib.