QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Bu addım Estoniya hakimiyyətinin Rusiya ilə sərhəddəki buraxılış məntəqələrini altı ay müddətinə bağlamaq qərarı ilə əlaqələndirilib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Estoniyanın qərarı “qarşıdurma xarakterlidir”. Onun sözlərinə görə, bu addım iqtisadiyyat və sosial sahədə, xüsusən də Estoniyanın sərhədyanı bölgələrində ən mənfi nəticələrə gətirib çıxaracaq.

Zaxarova qeyd edib ki, Estoniyanın müvəqqəti işlər vəkili Rusiya tərəfinin ölkəyə qarşı düşmənçilik hərəkətlərini qəbuledilməz sayması barədə mövqeyini çatdırmaq üçün XİN-ə dəvət olunub.