QafqazNews Manset.az-a istinadən xəbər verir ki, İspaniyanın “Barselona” klubu “Mançester Siti”nin hücumçusu Erlinq Holandı transfer etmək niyyətindədir.
Kataloniya təmsilçisi norveçli futbolçu üçün 130 milyon funt-sterlinq, yəni təxminən 172,4 milyon dollar təklif etməyi planlaşdırır. Transferin 2027-ci ildə baş tuta biləcəyi müzakirə olunur.
“Barselona” Holandı gələcək hücum xəttinin əsas oyunçularından biri kimi nəzərdən keçirir. Klub onunla yanaşı Lamin Yamalın da yer alacağı güclü komanda formalaşdırmaq istəyir.
Keçidin reallaşmasına mane ola biləcək əsas məqam futbolçunun müqaviləsidir: Holand “Mançester Siti” ilə 2034-cü ilin yayınadək razılaşmaya malikdir. O, İngiltərə klubunda 2022-ci ilin yayından çıxış edir.