QafqazNews Manset.az-a istinadən xəbər verir ki, bu ilin ilk 10 ayında narkotiklərlə əlaqəli cinayətlərə görə məsuliyyətə cəlb olunan 60 əcnəbidən 690 kq 686,733 qram müxtəlif növ narkotik, 2778 həb, üç güclü təsirli maddə həbi və 880 qram çəkidə üç çətənə bitkisi götürülüb.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında bildirilib.
Hüquq-mühafizə orqanları narkotik və psixotrop maddələrin ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi üzrə 182 fakt müəyyən edib. Bu faktlar çərçivəsində qanunsuz dövriyyədən 2 ton 685 kq 403,605 qram maddə və 41 679 metadon həbi çıxarılıb.
Aşkarlanmış cinayətlərin 189-u qrup şəklində törədilib. Həmin işlər üzrə dövriyyədən 1 ton 756 kq 925,418 qram narkotik və psixotrop maddə, 950 metadon həbi, 4,8 qram güclü təsir edən maddə və 1,018 qram prekursor müsadirə olunub.