QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, aparıcı Fira Cəlilova evində baş vermiş hadisə ilə əlaqədar sosial media hesabında açıqlama yayıb və yeni video paylaşıb.

Məlumata görə, Firəngiz Cəlilovanın Novxanıda yerləşən bağ evinə basqın edilib. Polisə Fira Cəlilovanın anasına məxsus bağ evində müxtəlif cinayətlər törətməkdə təqsirləndirilən Əlihüseyn Hüseynovun gizləndiyi barədə məlumat daxil olub. Araşdırma zamanı axtarışda olan şəxsin həmin evdə bilərəkdən gizlədildiyi müəyyən edilib.

Əməliyyat qrupu hadisə yerinə göndərilib. Ə.Hüseynov gizləndiyi yerdə aşkarlanaraq saxlanılıb. Onunla F.Cəlilovanın qohumluq əlaqəsinin olmadığı bildirilib.