QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Gəncədə “Chevrolet Cruze” markalı avtomobil yanıb.

Hadisə şəhər ərazisində baş verib. Alov nəticəsində avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları gəlib. Yanğınsöndürənlər alovun ətraf sahələrə keçməsinin qarşısını alıblar.

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.