QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza Hindarx qəsəbəsində qeydə alınıb.

Ağdam rayon sakini Elxan Şirinovun idarə etdiyi “Mercedes” hərəkətdə olarkən 1988-ci il təvəllüdlü, Hindarx qəsəbə sakini Elmin Rüstəmovu vurub.

Yaralı Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra o, müalicəsini davam etdirmək üçün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.

Hadisə ilə bağlı araşdırma aparılır.