QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, müğənni Serdar Ortaç Türkiyənin ən yaxşı kişi pop ifaçısının kimliyi barədə sualı cavablandırıb. O, bu barədə “Gecə müxbiri”nə müsahibəsində danışıb.
Tarkanın ardından ikinci yerdə göstərilməsinə razılaşmayan Ortaç “Məncə, bir nömrə mənəm” deyib. Müğənninin öz siyahısında birinci yeri özü tutub. Onun sıralamasında Tarkan ikinci, Kenan Doğulu üçüncü, Mustafa Sandal isə dördüncü olub.
Ortaçın özünü “Meqastar” kimi tanınan Tarkandan üstün hesab etməsi müsahibənin diqqət çəkən məqamlarından biri olub. Açıqlama sosial şəbəkələrdə fərqli reaksiyalarla qarşılanıb: bəzi istifadəçilər müğənnini dəstəkləyib, digərləri isə Tarkanın Türkiyə pop musiqisindəki xüsusi yerini vurğulayaraq siyahı ilə razılaşmayıb.