QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-oktyabr aylarında əlilliyi olan 130 minədək insana reabilitasiya xidməti göstərib. Qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Nazirliyin bildirdiyinə görə, 70 min nəfər ambulator, 32,6 min nəfər isə stasionar və icma əsaslı xidmətlər alıb. Digər şəxslərə səyyar, onlayn, eləcə də sosial-psixoloji reabilitasiya dəstəyi göstərilib.

Agentliyin müəssisələrində ənənəvi yanaşmalarla yanaşı, beynəlxalq təcrübədə tətbiq olunan metodlardan da istifadə edilir. Bunlara robotik üsullar, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya və rəqs terapiyası daxildir.

Reabilitasiya müəssisələri stasionar və ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya və səyyar xidmət formalarını da tətbiq edir.