QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, gündə iki yaşıl kivi qəbul etmək qəbizlikdən əziyyət çəkən şəxslərdə bağırsaqların işini yaxşılaşdıra bilər.

Yaponiyanın Tohoku Universitetinin tədqiqatçısı Yohey Okava kivinin həzmə təsiri barədə elmi araşdırmaları nəzərdən keçirib. Təhlilin nəticələri bu meyvənin müntəzəm istehlakının mümkün faydalarını göstərib.

Məlumata əsasən, dörd həftə boyunca hər gün iki yaşıl kivi yemək bağırsaq boşalmasının sayını artıra, həzm sistemindəki narahatlığı isə azalda bilər. Tədqiqatçılar bu təsiri meyvədə olan təbii lif, su, sorbitol və aktinidin fermenti ilə izah edirlər.

Bununla yanaşı, mütəxəssislər kivinin qəbizliyin müalicəsi və həkim göstərişini əvəz etmədiyini bildirirlər. Kiviyə allergiyası olan, yaxud xüsusi pəhriz saxlayan şəxslərə həkimlə məsləhətləşmək tövsiyə olunur.