QafqazNews Manset.az-a istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazından keçən iki neft tankeri və bir yedək gəmisinin alova büründüyünü açıqlayıb.

Korpusun məlumatına əsasən, gecə saatlarında boğazın cənub marşrutu ilə hərəkət etməyə çalışan tankerlərdən biri minaya düşüb və yanmağa başlayıb.

Açıqlamada boğazın şərq hissəsində supertankerə aid yanğın barədə də məlumat verilib. Alovu söndürmək üçün gəmiyə yaxınlaşan yedək gəmisi də yanıb.

Korpus, həmçinin ABŞ-nin İran istehsalı “Şahid-136” kamikadze pilotsuz uçuş aparatının surəti əsasında “Lucas” adı ilə hazırladığı iki kamikadze PUA-nın ərazidə elektron mübarizə sistemləri ilə təhlükəsiz şəkildə yerə endirildiyini və ələ keçirildiyini bildirib.