QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Fransada ölkə miqyasında yeni tətil dalğasına hazırlıq gedir. Həmkarlar ittifaqlarının ümumxalq tətilinə çağırışı yüz minlərlə insanın küçələrə çıxmasına səbəb ola bilər.
Gözlənilən nümayişlərin xəstəxana işçiləri, aviadispetçerlər, poçt əməkdaşları, müəllimlər və dəmiryolu işçilərinə təsir edəcəyi bildirilir.
Fransada etirazlar sentyabrda tələbələrin müəllim çatışmazlığına və həddindən artıq yüklənmiş dərs cədvəllərinə qarşı çıxışı ilə başlayıb. Daha sonra əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi və yanacağın bahalaşmasına etiraz edən həmkarlar ittifaqları, eləcə də “sarı jiletlilər” hərəkatının nümayəndələri aksiyalara qoşulublar.