QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ölkənin 2040-cı ilədək enerji müstəqilliyinə nail olmağı hədəflədiyini açıqlayıb.

Nazir bu barədə “Milli enerji-2040” proqramının təqdimat mərasimində danışıb. Onun sözlərinə görə, proqram Türkiyə iqtisadiyyatının elektrik enerjisindən daha geniş istifadəsini nəzərdə tutur.

Bayraktar bildirib ki, elektrikləşmə enerji müstəqilliyinə doğru irəliləyişin əsas istiqaməti olacaq və iqtisadiyyatın bütün sahələrində elektrik enerjisinin payı artacaq.

Nazir əlavə edib ki, enerji tələbatının yaratdığı xərcləri azaltmaq vacibdir. Təchizat təhlükəsizliyinin təmin olunması ilə yanaşı, Türkiyənin xarici enerji mənbələrindən asılılığı minimuma endiriləcək və enerji müstəqilliyini gücləndirən siyasət həyata keçiriləcək.