QafqazNews Interfax-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin müavini Georgi Borisənko Moskvadakı görüşdə Türkiyənin səfiri Tancu Bilgiç ilə Yaxın Şərq və Afrika bölgələrindəki vəziyyəti müzakirə edib.
Nazirlikdən verilən məlumata görə, söhbət zamanı Yaxın Şərq və Afrika ilə bağlı fikir mübadiləsi aparılıb və vurğulanıb ki, göstərilən regionlarda sabitliyin qorunması və davamlı inkişaf naminə Rusiya və Türkiyənin səylərinin əlaqələndirilməsinin vacibliyi böyükdür.
Görüş Türkiyə tərəfinin xahişi ilə keçirilib.