QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi İranla sərhəddə hərbçinin ölümü ilə bağlı araşdırmanın başladığını açıqlayıb.

Piyada Yusuf Sait Ünlü oktyabrın 31-də Hakkari vilayətinin Yüksekova rayonunda qanunsuz sərhəd keçidi cəhdi zamanı həyatını itirib. Nazirliyin məlumatına əsasən, atəş İran ərazisindən açılıb.

Yaralı vəziyyətdə Hakkari Dövlət Xəstəxanasına çatdırılan Ünlünü həkimlər xilas edə bilməyib. O, 7-ci Sərhəd Mühafizə Briqadasında xidmət göstərib.

Hadisədən sonra Türkiyədə məhkəmə və inzibati araşdırmalara başlanıb. Türkiyə nümayəndələri hadisə yerində İran rəsmiləri ilə görüş keçiriblər.

Türkiyə Müdafiə Nazirliyi İran hakimiyyətinin də hərbçinin ölüm səbəbini müəyyənləşdirmək məqsədilə araşdırma apardığını bildirib.