QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Fransada təhsil şəraitindən narazı olan lisey və universitet tələbələri bir sıra müəssisələrin girişlərini bağlayaraq etiraz aksiyaları keçiriblər. Aksiyalar həmkarlar ittifaqlarının ümumi tətil çağırışı etdiyi və yüz minlərlə insanın küçələrə çıxmasının gözlənildiyi gün ərəfəsində təşkil olunub.
Ümumi tətilin elan edildiyi ölkədə hökumətin təhsil sahəsində verdiyi vədləri yetərsiz sayan şagird və tələbələrin etirazları müxtəlif şəhərlərdə davam edir. Polis aksiyalara müdaxilə edib.
Yerli mətbuatda və sosial şəbəkələrdə yayılan görüntülərdə Parisdəki Panteon-Assas Universitetinin önündə zibil qablarından barrikada quran tələbələrin girişləri bağladığı görünür. Polis əməkdaşları etirazçıları ərazidən uzaqlaşdırıb.
Sosial şəbəkələrdə yayılan kadrlarda hüquq-mühafizə orqanlarının əməkdaşlarının aksiya iştirakçılarını itələyərək ərazidən çıxardığı əks olunub.