QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Hörmüz boğazından çıxan tankerin göyərtəsinə naməlum mərminin dəyməsindən sonra yanğın başlayıb.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) insident barədə noyabrın 20-də məlumat yayıb. Mərmi Omanın Xəsab şəhərindən 8 dəniz mili şimalda gəmiyə dəyib.
Yanğın barədə gəminin təhlükəsizliyinə cavabdeh şirkətin əməkdaşı məlumat verib. Hadisədə ölən və xəsarət alan olmayıb, ətraf mühitə ziyan dəydiyinə dair də məlumat yoxdur.
Hazırda hakimiyyət orqanları baş verənlərin təfərrüatlarını araşdırır.