QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Litvanın xarici işlər naziri Kestutis Budris səfərin konkret nəticələrlə yekunlaşmasının vacibliyini vurğulayıb.
O, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında danışıb. Budrisin sözlərinə görə, baş nazir ona səfərdən konkret nəticələrlə qayıtmağı, hədəflənən istiqamətlər üzrə səyləri əlaqələndirməyi tapşırıb.
Nazir qeyd edib ki, bu məqsəd üzərində hazırda iş aparılır. Onun bildirdiyinə görə, iki ölkə arasında münasibət və təmasların intensivləşdiyi mərhələ yaşanır. Tərəflər beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə görüşməklə yanaşı, ölkə liderləri arasında da fəal təmaslar qurublar.