QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Oman Sultanı Heytəm bin Tariq Al Səidə milli bayram münasibətilə təbrik məktubu göndərib.

Məktubda dövlət başçısı sultanı və onun simasında Oman xalqını həm öz adından, həm də Azərbaycan xalqı adından təbrik edib, xoş arzularını çatdırıb.

İlham Əliyev Heytəm bin Tariq Al Səidə möhkəm cansağlığı, xoşbəxtlik və dövlət fəaliyyətində uğurlar diləyib. O, Oman xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.