QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, mərhum bəstəkar Rəşid Behbudovun qızı, Əməkdar artist Rəşidə Behbudova Bakıda atasının heykəli önündə ailəsi ilə çəkdirdiyi görüntünü paylaşıb.

ABŞ-da yaşayan sənətçi oğlu və gəlini ilə paytaxta gəlib. Ailə şəhəri gəzərkən Rəşid Behbudovun heykəlinə baş çəkib, bəstəkarın adını daşıyan Mahnı Teatrını da ziyarət edib.

Rəşidə Behbudova paylaşımında atasının doğum gününü yada salaraq yazıb: “Belə dayanmışıq, atamın heykəlinin qarşısında və onun qanı, canı bahasına yaratdığı doğma Mahnı Teatrımın yanında. Dekabrın 14-də, onun doğum günüdür, şaxtalı bir axşamda... Böyük Rəşid Behbudov... Rəşid Behbudov kiçik və onun həyat yoldaşı ilə. Dostlarıma sevgilərlə...”