QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, İndoneziyanın şərqindəki Banda dənizində 6,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Yeraltı təkanların mərkəzi Cənub-Şərqi Maluku bölgəsinin təxminən 132 kilometr cənub-qərbində, 97 kilometr dərinlikdə olub. Zəlzələ Maluku və Papua da daxil olmaqla ölkənin şərq hissəsində hiss edilib.

Tual şəhərində bir binanın yüngül zərər gördüyü bildirilir. Ölən və xəsarət alan olmayıb. Zəlzələdən sonra sunami təhlükəsi elan edilməyib.

Yerli qurumlar bölgədəki vəziyyəti izləməkdə davam edir.