QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Mançester Yunayted”də çıxış edən gənc futbolçu JJ Gabrielin yanvar ayında “Real Madrid”ə keçəcəyi gözlənilir.
Klublar və futbolçunun nümayəndələri arasında aparılan müzakirələrdə xeyli irəliləyiş qeydə alınıb. Tərəflərin əsas məsələlər üzrə razılığa yaxın olduğu bildirilir.
Transferin rəsmiləşdirilməsi azyaşlı oyunçuların keçidi ilə bağlı FIFA qaydalarına və hüquqi tələblərə uyğun həyata keçirilməlidir. Razılaşma hələ yekun təsdiqini tapmayıb, prosedurların isə yanvar ayına qədər başa çatdırılması nəzərdə tutulur.
Mövcud qaydalar çərçivəsində “Mançester Yunayted” transferdən böyük məbləğ əldə etməyəcək. Klubun alacağı vəsait futbolçunun akademiyada yetişdirilməsinə görə ödənilən kompensasiya ilə məhdudlaşacaq və belə ödənişlər, adətən, altırəqəmli məbləğdə olur.