QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Keniyanın paytaxtı Nayrobidə morqlarda yaranan yer çatışmazlığı səbəbindən 465 cəsəd kütləvi şəkildə torpağa tapşırılıb.
Dəfn noyabrın 19-da “Lang ata” qəbiristanlığında aparılıb. Mərhumların şəxsiyyəti müəyyən edilməyib və onları yaxınları təhvil almayıb. Cəsədlərin çoxunun kişilərə aid olduğu bildirilib.
Rəsmilərin açıqlamasına görə, cəsədlərin bir hissəsi 2024-cü ildən morqlarda saxlanılırdı. Ölənlərin əksəriyyətinin ölüm səbəbi hələ aydınlaşdırılmayıb. Polis onların üzərindən kimliyi təsdiqləyən sənədlərin çıxmadığını bildirib. Avtopsiyadan sonra yalnız 20 nəfərin şəxsiyyəti ailələri tərəfindən müəyyən edilib.
Nayrobi dairəsinin İctimai Səhiyyə üzrə rəsmisi Tom Nyakaba şəhər morqlarında tutumdan xeyli artıq cəsəd toplandığını deyib. O bildirib ki, normalda 189 nəfər qəbul edə bilən Nayrobi Dəfn Evində sıxlıq hökm sürür, şəhər üzrə isə 600-dən çox sahibsiz cəsəd qeydə alınıb.
Kütləvi dəfnin keçirildiyi “Lang’ata” qəbiristanlığının da tutum həddinə çatması vəziyyəti ağırlaşdırıb. Şəhər rəhbərliyi artan ehtiyacı ödəmək üçün yeni qəbiristanlıq sahələrinin istifadəyə verilməsini nəzərdən keçirir.