QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində U-17 yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyi başlayıb.

Azərbaycan Cüdo Federasiyasının məlumatına görə, yarışın ilk günündə 259 idmançı səkkiz çəki dərəcəsində çıxış edib. Qızlarda -40, -48, -57 və -70 kq, oğlanlarda isə -50, -60, -73 və -90 kq çəki kateqoriyalarında medalçılar bəlli olub.

Qızlar arasında nəticələr:

-40 kq: Sunay Salamova (RKİM) birinci, Mələk Şahmuratova (Bakı şəhəri 8 nömrəli İOEUGİM) ikinci, Nuray Həsənli (ROİL) üçüncü yeri tutub.

-48 kq: Nigar Heydərzadə (Champion 74) qızıl, Pərvin Sevxanlı (Bakı şəhəri 2 nömrəli RİOEUGİM) gümüş medal qazanıb. Zəhra Muradova (AHİTA) və Ülkər Abbaszadə (Bakı şəhəri 2 nömrəli RİOEUGİM) bürünc medala sahib olublar.

-57 kq: Naziləzəhra Rüstəmli (Bakı şəhəri 13 nömrəli İOEUGİM) birinci, Sunay Məcidova (Bakı şəhəri 13 nömrəli İOEUGİM) ikinci olub. Aynur Süleymanova (Hovsan İK) və Gülnaz Məmmədtağıyeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM) üçüncü yeri bölüşüblər.

-70 kq: Zümrüd Əliyeva (RKİM) qızıl, Qönçə Məmmədli (Ələt İdman Klubu) gümüş medal əldə edib. Xədicə Quluzadə (Şuşa UGİM) üçüncü olub.

Oğlanlar arasında nəticələr:

-50 kq: Nihat Quluzadə (Bakı şəhəri 10 nömrəli UGİM) qalib gəlib. Ayhan Musazadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM) ikinci, Raul Abbaslı (Neftçi İK) və Məhəmməd Səfərov (Bakı şəhəri 10 nömrəli UGİM) üçüncü olublar.

-60 kq: Samin Səlimli (Spartak Wrestle Zone) birinci, Raul Məlikzadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM) ikinci yeri tutub. Sinan Qənbərli (Bakı şəhəri 1 nömrəli RİOEUGİM) və Muhəmməd Səttarov (Bakı şəhəri 10 nömrəli UGİM) bürünc medal qazanıblar.

-73 kq: Rəsul Qasımov (Judo Club 2012) qızıl, Fərid Həsənli (Bakı şəhəri 13 nömrəli İOEUGİM) gümüş medala layiq görülüb. Ruslan Əsgərov (Bakı şəhəri 13 nömrəli İOEUGİM) və Yaqub Nərimanzadə (Atilla İK) üçüncü olublar.

-90 kq: Musa Kəramətzadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM) birinci yeri tutub. Rəşad Musayev (Sərhədçi İM) ikinci, Tural Rzayev (Şuşa UGİM) və Rauf Şamilov (Bakı şəhəri 13 nömrəli İOEUGİM) üçüncü olublar.