QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Madaqaskarın Betroka bölgəsində sel suları sərnişin daşıyan avtomobili güclü axına salaraq sürükləyib.

Hadisədən sonra 26 nəfərin meyiti aşkarlanıb, 9 nəfər sağ xilas edilib. İtkin düşən beş nəfərin axtarışları davam edir.

Betroka bölgəsini parlamentdə təmsil edən Nikolas Randrianasolo sosial şəbəkədə yayımladığı videoda avtomobilin noyabrın 16-da Bekitrodan yola düşdüyünü bildirib. Onun sözlərinə görə, nəqliyyat vasitəsi marşrut üzərində su basmış keçiddən keçmək istəyərkən güclü axına düşüb.

Randrianasolo qeyd edib ki, sürücü suyun səviyyəsinin aşağı olduğunu zənn edərək hərəkəti davam etdirmək qərarına gəlib. Avtomobil isə yolun ortasında şiddətli axına məruz qalaraq idarəetmədən гарсан.

Xilas edilən doqquz nəfərin arasında sürücü də olub.