QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Meksikanın Nuevo-Leon ştatında kiçik təyyarə uçuşa başlayarkən yaranan texniki problem nəticəsində magistral yola çıxıb. Hadisədə təyyarədəki altı nəfərdən heç biri xəsarət almayıb.
Monterrey Beynəlxalq Hava Limanından havaya qalxmağa hazırlaşan “Piper Malibu 46” təyyarəsində nasazlıq yaranıb. Uçuş-enmə zolağını tərk edən hava gəmisi hava limanının yaxınlığındakı, sıx hərəkətin olduğu Monterrey–Nuevo-Laredo magistralına daxil olub.
Təyyarə yol boyunca sürüşərək hərəkət etdikdən sonra kənardakı otluq sahədə dayanıb. O, yoldakı avtomobillərə dəyməyib. Hadisədən sonra təyyarədə yanğın başlayıb.