QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya layihəsinin bazar ertəsi dərc olunacağını parlamentdə çıxışı zamanı açıqlayıb. O, xalqa müraciət edəcəyini də bildirib.

Paşinyan müxalifətə ünvanladığı təklifi yenidən səsləndirib. Baş nazirin sözlərinə görə, xalq yeni Konstitusiyanı qəbul etməsə, o, istefa verəcək. Layihə lehinə səs toplasa isə Paşinyan növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək.