QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Mikayıl Budaqov Dövlət Vergi Xidmətində yeni vəzifəyə təyin olunub. O, qurumun Milli Gəlirlər Baş İdarəsinin Bəyannamələr idarəsinin rəisi olub.
Budaqov bu postda Emil Süleymanovu əvəzləyib. O, bundan əvvəl Milli Gəlirlər Baş İdarəsinin İqtisadi təhlil idarəsində rəis müavini işləyib.
Mikayıl Budaqov daha əvvəl “EY” şirkətində audit üzrə müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında müəllimlik edir.