QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, UEFA Millətlər Liqasının pley-offunda turnirin qalibi olmaq üçün səkkiz yığma yarışacaq. Mübarizəni Fransa, Belçika, Almaniya, Niderland, İngiltərə, İspaniya, Portuqaliya və Norveç komandaları davam etdirəcək.
1/4 final qarşılaşmaları martda keçiriləcək. Bu mərhələnin cütləri noyabrın 20-də keçiriləcək püşkatmada müəyyən ediləcək.
Yarımfinal oyunları, üçüncü yer uğrunda görüş və final iyun ayına planlaşdırılıb.
Millətlər Liqası 2018/19 mövsümündən keçirilir. Pley-offa elit divizionun qruplarında ilk iki pilləni tutmuş komandalar yüksəlir. Turnirin hazırkı qalibi Portuqaliya millisidir.