QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, ötən gecə Mingəçevir su anbarının yaxınlığında yük maşınının bataqlığa düşməsi və ərazidəki insanların köməksiz qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” xəttinə məlumat daxil olub.

Məlumat əsasında FHN-in Aran Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə göndəriliblər.

Aparılan əməliyyat zamanı şəxslərin olduğu yer müəyyənləşdirilib. Çətin keçilən ərazidə qalan iki nəfər təhlükəsiz yerə təxliyə olunub.